"Bitcoin" bahalaşmaqda davam edib İqtisadiyyat

"Bitcoin" bahalaşmaqda davam edib

Kriptovalyuta bazarında son sutkada qarışıq qiymət dinamikası qeydə alınıb.

Bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta olan “Bitcoin” (BTC) son 24 saatda 0,44% bahalaşaraq 63 219 ABŞ dollarına yüksəlib.

Son sutkada XRP 0,23%, Solana (SOL) isə 0,19% bahalaşıb.

Eyni zamanda, “Ethereum” (ETH) 0,50%, BNB 0,20% ucuzlaşıb. Qızıl əsaslı rəqəmsal aktivlər – “Tether Gold” (XAU₮) və “PAX Gold” (PAXG) isə hər biri 0,22% dəyər itirib.

Analitiklərin fikrincə, bazardakı qarışıq dinamika investorların mənfəət realizəsi ilə yanaşı, qlobal maliyyə bazarlarında risk iştahının qorunması, ABŞ-də faiz dərəcələri ilə bağlı gözləntilər və geosiyasi risklərin qızıl kimi təhlükəsiz aktivlərə tələbi dəstəkləməsi fonunda formalaşıb.