İran Hörmüz boğazını açmaq üçün Vaşinqtona 7 günlük plan təqdim edib Dünya

İran Hörmüz boğazını açmaq üçün Vaşinqtona 7 günlük plan təqdim edib

İran hakimiyyəti Hörmüz boğazının yenidən açılmasını təmin edəcək və vəziyyəti normallaşdıracaq fəaliyyət planına Birləşmiş Ştatların verəcəyi cavabı gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Dubayda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin iclasında bəyan edib.

"Biz Qətər vasitəsilə 7 günlük konkret plan təqdim etmişik və bildirmişik ki, zəruri şərtlərə əməl olunacağı təqdirdə boğazı yenidən açmaq mümkündür. Normal gəmiçilik yeddi gün ərzində bərpa oluna bilər. İndi seçim ABŞ-nindir", - deyə "Tasnim" agentliyi Əraqçinın sözlərini sitat gətirir.

O vurğulayıb ki, İran hücumlara və blokadaya məruz qaldığı, habelə hədələndiyi bir şəraitdə dənizdə təhlükəsizlik gözləmək olmaz. Bununla belə, Əraqçi İranın öz suverenliyini və maraqlarını qorumağa hazır olduğunu, lakin eyni zamanda sülh tərəfdarı olduğunu da əlavə edib.

Məryəm Quliyeva