Bu ilin doqquz ayında 37 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib Hadisə

Bu ilin doqquz ayında 37 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-sentyabr aylarında 37613 uşağa xidmətlər göstərilib.

ƏƏSMN-dən verilən məlumata əsasən, onlardan əlilliyi olan 1746 uşaq stasionar, 22457 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.