"ExxonMobil" "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatını azaldıb İqtisadiyyat

"ExxonMobil" "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neft hasilatını azaldıb

2021-ci ilidə ABŞ-ın "ExxonMobil" şirkətinin "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda maye karbohidrogen hasilatı sutkada 12 min barel neft ekvivalentinə bərabər olub.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir. 2020-ci ildə hasilat 17 min barelə bərabər idi.

Beləliklə, ABŞ şirkətinin AÇG blokunda hasilatı 29,4 faiz azalıb
Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş (2,31%)