Azərbaycanda Avropa biznes ictimaiyyətinin platforması işə salınacaq İqtisadiyyat

Azərbaycanda Avropa biznes ictimaiyyətinin platforması işə salınacaq

"InvestBaku" yeni investisiya platformasını işə salacaq.

Bunu "InvestBaku"nun icraçı direktoru Cavid Mustafayev Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, "EU-Azerbaijan Networking System" iyunun 10-dan etibarən Azərbaycanda işə düşəcək.

O əlavə edib ki, Avropa biznes ictimaiyyətinin platforması Azərbaycanda Aİ şirkətləri ilə təmas qurmaq, yerli tərəfdaş və podratçılar tapmaq, biznesə dəstək infrastrukturlarına çıxış əldə etmək və keçirilən tenderlər barədə məlumatlar əldə etməyə imkan verəcək.