18 May 2022 13:55
4 655
Bu gün Bakıda işə başlamış 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” indiyə qədər təşkil edilmiş ən böyük sərgilərdir.
Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərin açılışında deyib.
Nazir bildirib ki, sərgilərə xarici şirkətlər tərəfindən böyük maraq var. Onun sözlərinə görə, sərgilərdə 25-ə yaxın ölkədən təxminən 450 şirkət iştirak edir.
“Bunun da 350-si xarici şirkətdir. Onların bu sərgilərə maraq göstərməsi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir, bu sahəyə dövlət dəstəyinin olmasıdır. Əsas məqsədimiz fermerləri sərgidə təqdim edilən yeniliklərlə tanış etməkdir”, - deyə İ.Kərimov bildirib.
Nazir qeyd edib ki, İsrailin və Türkiyənin kənd təsərrüfatı nazirləri, digər qonaqlar Bakıdadır. Sərgilər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.
1 Noyabr 14:45
2 170
1 Noyabr 13:43
2 233
1 Noyabr 13:27
2 184