Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
21 İyul 2022 14:19
5 551
2022-ci ilin İş planı üzrə başa çatdırılmış kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirlərinin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarlarına əsasən pul, əvəzləşmə və natura ifadəsində cəmi 16,4 mln. manat məbləğində vəsaitin bərpası təmin edilib.
APA xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında əksini tapıb.
Qeyd edilib ki, 6,5 mln. manat məbləğində müvafiq obyektin investor smeta dəyərinin azaldılması, 6,9 mln. manat məbləğində debitor borcun bağlanılması ilə bağlı tədbirlər müəyyən edilib.
Eyni zamanda hesabat dövründə də əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımların icrasının izlənilməsi (follow-up) diqqətdə saxlanılmış, əvvəlki illərin nəzarət tədbirləri üzrə 2022-ci ilin ilk 6 ayında pul, natura və əvəzləşdirmə formasında 2,7 mln. manat vəsaitin bərpası təmin edilib. Bundan əlavə, 943,4 min manat məbləğində debitor borc bağlanılmış və ya ləğv edilmiş, maliyyə hesabatlarında və uçotunda aşkar edilmiş təhriflərlə bağlı aidiyyəti düzəlişlər edilməklə 681,7 mln. manat hesabatlarda əks etdirilmiş, vergi bəyannamələrində dəqiqləşmələr aparılmış, intizam tənbeh tədbirləri tətbiq edilib. Eləcə də strukturun optimallaşdırılması ilə bağlı tədbirlər keçirilib.
18:39
595
18:38
539
17:34
560