“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
16 Avqust 2022 10:11
6 083
Bu ilin iyul ayında Türkiyə limanları 5 min 309 gəmi qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 463, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 min 846 olub.
2022-ci ilin yanvar-iyul aylarında Türkiyə limanları 32 min 88 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 21 min 800, Türkiyə bayrağı altında olan gəmilər isə 10 min 288 olub.”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyə limanları 2021-ci ildə ümumilikdə 51 199 gəmi qəbul edib.
Bunlardan 36 079-u digər ölkə bayrağı altında, 15 120-si isə Türkiyə bayrağı altında olan gəmilərdir.
19 Sentyabr 10:22
1 113
19 Sentyabr 10:21
1 092
18 Sentyabr 10:02
1 512