“Ərzaq təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıyıq”-Vahid Əhmədov İqtisadiyyat

“Ərzaq təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıyıq”-Vahid Əhmədov

“Həm maliyyə, həm də iqtisadiyyat nazirliyi büdcə ilə bağlı geniş məlumat verdi. Mən, komitəmizin sədri Tahir Mirkişilinin verdiyi üç təkilifi müdafiə edirəm. Manatın məzənnəsinin qorunub saxlanılması, neftin bir barrelinin 50 dollardan götürülməsi, inflyasiyanın mümkün qədər qarşısının alınması normal haldır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, neft-qzdan gələn gəlir 53, qeyri-neft sahəsində isə 47 faizdir: “Mən ÜDM-da qeyri neft nəhsularından gələn gəlirlərinin prioritet saxlanılmasını təklif edirəm. Eləcədə sosial sahəyə ayrılan vəsaitin artırılması müsbət addımlardır və prezidentin bu istiqamətə göstərdiyi həssas münasibətini göstərir”.
Bununla belə Vahid Əhmədov bildirib ki, indi dünyada bir sıra problemlər var və buna diqqət edilməlidir: “Birincisi, ərzaq təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıyıq. Bir sıra dünya liderləri bu təhlükə haqqında danışırlar. Ərzaq məhsullarının kifayət qədər idxalı olduğu üçün buna diqqət etməlidir. Əlavə vergi tətbiqi və digər güzəştlər olmalı müsbət hal kimi qiymətləndirilərdi. Bununla yanaşı anti-inflyasiya tədbirlərinin sərtləşməsinə ehtiyac var”.
Deputat deyib ki, 2023-cü ildə Kənd Təssərrüfatı Nazirliyi diqqət mərkəzində olmalıdır: “Yaxşı olardı ki, Kənd Təssərrüfatı Nazirliyi ilə Mərkəzi Bank arasında saziş imzalansın, regionlarda işləyən fermerlər və ümumiyyətlə əhaliyə kreditlər həm əlçatan, həm də faiz aşağı olsun. Regiondlar ən ciddi məsələlərdən biri də girov məsələsidir. Bu, onlar üçün çəindir. Mən eyni zamanda büdcənin xərclər hissəsində şəffaflığın artırılması və ciddi nəzarəti vacib sayıram”.
Vahid Əhmədov bildirib ki, 2022-ci il üçün ölkədə orta aylıq əmək haqqı 800 manat təşkil edir və bu məbləğ 2023-də 898 manat olacaq: “Təxminən 100 manat artım olacaq. Amma nəzərə almaq lazımdır insanların hamısı bunu ala bilmirlər. Təqaüdçülər 280-290 manat alır. Problemlər çoxdur və bunlara da diqqət edilməlidir”.

Əli