
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
ABŞ Energetika Nazirliyi 2022-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 102,13 ABŞ dollardan 101,48 dollaradək endirib.
"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2023-cü ildə neftin qiyməti 92,36 dollar təşkil edə bilər, bu da noyabrda verilən proqnoz göstəricidən 2,97 dollar azdır.
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 95,22 dollar (öncəki proqnoz – 95,88 dollar), 2023-cü ildə isə 86,36 dollar (öncəki proqnoz – 89,33 dollar) səviyyəsində olacağı ehtimal olunur.
Qeyd olunur ki, ötən il "Brent" markalı etalon neftin orta qiyməti 70,89 dollar, WTI neftimim qiyməti isə 68,21 dollar təşkil edib.