21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Səudiyyə Ərəbistanı Nəcran bölgəsi üçün "təcili" xəbərdarlıq etdi
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk
Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib
14 Dekabr 2022 12:17
5 817
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları oktyabrda sentyabr ayı ilə müqayisədə 22,5 mln. barel artıb.
"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2,748 mlrd. təşkil edib, lakin bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 mln. barel, son beşillik ortalama göstəricidən 167 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 197 mln. barel azdır.
Belə ki, bu ilin oktyabrında OECD ölkələrində neft ehtiyatlarının həcmi 1,335 mlrd. barel, neft məhsullarının həcmi isə 1,413 mlrd. barel təşkil edib.
Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.