24 Sentyabr 18:13
24 Sentyabr 16:44
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Bu gün paytaxtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Fransa Səudiyyə Ərəbistanına hərbçilər və HHM sistemləri göndərəcək
24 Mart 2023 15:50
4 809
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 13 milyon 957.74 min dollar dəyərində 16 min 48.4 ton düyü idxal olunub.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-fevral ayları ilə müqayisədə həcm baxımından 46.4% və ya 5 min 86.43 ton, məbləğ baxımından isə 53.6% və ya 4 milyon 870.68 min dollar çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana 9 milyon 87.06 min dollar dəyərində 10 min 961.97 ton düyü gətirilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonun orta idxal qiyməti 5% artaraq 869.7 dollara bərabər olub. Bu göstərici ötən ilin yanvar-fevral aylarında 829 dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.53%-nə bərabər olub.