Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
27 Mart 2023 20:20
4 193
2022-ci ildə Azərbaycandan Bolqarıstana ixrac olunmuş qazın dəyəri 383 011 600 avro təşkil edib.
Bu barədə Trend-ə Avropa İttifaqının statistika idarəsi olan "Eurostat"dan bildiriblər.
"Eurostat"ın məlumatlarına əsasən, ötən il Azərbaycandan Bolqarıstana 583 566 643 kubmetr qaz ixrac olunub.
Qeyd edək ki, Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir.
2022-ci ildə Aİ ölkələrinin Azərbaycan qazının idxalına çəkdikləri ümumi xərc 15 598 852 881 avro, tədarüklərin həcmi isə 11 941 237 690 kubmetr olub.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, ölkədə qaz hasilatı 46,7 milyard kubmetr təşkil edib. Bu göstərici 2021-ci illə müqayisədə 6,5 faiz və ya 2,5 milyard kubmetr artıb. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağından 13,4 milyard kubmetr, "Şahdəniz" yatağından isə 25,2 milyard kubmetr qaz hasil edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən isə 8,1 milyard kubmetr qaz hasil olunub.
2022-ci il ərzində hasil edilən Azərbaycan qazının ümumi həcminin 22,3 milyard kubmetr ixrac olunub ki, bu da 2021-ci ilin göstəricisindən 18 faiz yüksəkdir.
Qeyd edək ki, Azərbaycan Avropaya təbii qazı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) ilə nəql edir. TAP-ın ilkin buraxılış qabiliyyəti illik 10 milyard kubmetr olmaqla, 20 milyard kubmetrədək artırılması mümkündür.
25 Sentyabr 18:39
602
25 Sentyabr 18:38
546
25 Sentyabr 17:34
567