“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
1 İyun 2023 12:20
4 011
BP Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir.
"APA-Economics" xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel deyib.
Onun sözlərinə görə, hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi aparılır.
Qordon Birrel onu da əlavə edib ki, "Şahdəniz" qaz-kondensat yatağından daha çox qaz əldə etmək imkanları da araşdırılır və hazırda burada yeni kəşfiyyat quyusu qazılır.
Qordon Birrel yuxarıda qeyd olunan işlərin nəticəsində böyük qaz ehtiyatlarının aşkar olunacağını və nəticədə Avropaya nəql edilən qaz həcmlərinin artacağının gözlənildiyini qeyd edib.
19 Sentyabr 10:22
1 274
19 Sentyabr 10:21
1 239
18 Sentyabr 10:02
1 687