Dünya Bankı Azərbaycanda ÜDM-nin artım proqnozunu dəyişməyib İqtisadiyyat

Dünya Bankı Azərbaycanda ÜDM-nin artım proqnozunu dəyişməyib

Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanda ÜDM-nin 2,2 faiz artacağını gözləyir.

Trend-in əldə etdiyi məlumata görə, bu proqnoz bu ilin aprelində dərc olunan əvvəlki proqnozla müqayisədə dəyişməz qalıb.

Beləliklə, Azərbaycanda ÜDM artımının 2024-cü ildə 2,5 faiz, 2025-ci ildə isə 2,6 faizədək bərpa olunacağı proqnozlaşdırılır. Eyni zamanda, bankın hesablamalarına görə, 2022-ci ildə ölkədə iqtisadi artım 4,6 faiz təşkil edib.
Bundan əlavə, bütün ECA regionunda (Avropa və Mərkəzi Asiya) 2023-cü ildə 1,4 faizə qədər orta dərəcədə artım gözlənilir. Eyni zamanda, regional artımın 2024-2025-ci illərdə ildə 2,7 faizə qədər bərpa ediləcəyi proqnozlaşdırılır ki, bu da əsasən həm xarici, həm də daxili tələbin bərpası hesabına baş verəcək.

Rusiyadan miqrant və kapital axını sabitləşdikcə və Avropa İttifaqında iqtisadi artım gücləndikcə, regionda artım templərindəki fərqlərin azalacağı gözlənilir.