Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
1 Mart 2024 17:36
4 193
Azərbaycan yeni düzəni formalaşmasında özünün geosiyasi oyunçu kimi vacibliyini və əvəzedilməzliyini bir daha bütün dünyaya göstərir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasını bu istiqamətdə aparılan siyasətin nə qədər əsaslı və vacib olduğunu sübut edir:
"Cənab Prezidentin bu iclasda çıxışı zamanı Azərbaycanın sözünün onun imzası ilə bərabər olduğu gerçəyini xatırlatması və enerji siyasətinin dəhlizlər siyasəti ilə sıx əlaqədə olduğunu qeyd etməsi bir nüansı göstərir ki, enerji daşıyıcılarının çatdırılması qədər onların mənbələrinin də
diversifikasiyası vacib məsələdir.
Müasir dünyanın yeni enerji vasitəsi olan yaşıl enerji də Azərbaycanın bu siyasətinin təzahürüdür. Ekoloji təmiz enerji mənbələrinin inkişaf etdirilməsi gələcəyə doğru atılmış addımdır. Ənənəvi enerji mənbələrinin tükəndiyi bir məqamda yaşıl enerjinin tətbiqinə başlanması uzaqgörən siyasətin bariz nümunəsidir".
Cavid
24 Oktyabr 17:47
1 197
24 Oktyabr 16:48
1 232
24 Oktyabr 15:33
1 225