“Gilan tikinti materialları” qrupu “BakuBuild 2016“ sərgisində İqtisadiyyat

“Gilan tikinti materialları” qrupu “BakuBuild 2016“ sərgisində

Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri olan XXII Azərbaycan Beynəlxalq İnşaat "BakuBuild 2016" sərgisi keçirilib. Sərgidə "Gilan Holding" tikinti materialları qrupu ilə təmsil olunur. 35-ə yaxın müəssisənin daxil olduğu "Gilan tikinti materialları" qrupunun satış və marketinq müdiri Saleh Məmmədov, sərgidə iştirakçılara yeni innovativ texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli tikinti materialları təqdim etdiklərini qeyd edib.
"Müəssisələrimizdə bir çox məhsul istehsal olunur, kafel-metlax, kafel-metlax yapışdırıcısı, qapılar, laminat-parket, beton qatqıları, asfalt və s. Bu gün yerli bazarın tələblərini təmin etməklə məqsədimiz xarici bazarlara çıxmaqdır və bu bazarlarda Azərbaycan məhsulunu təbliğ etməkdir", - deyə S.Məmmədov vurğulayıb.
Yaxın Şərq, İran, Rusiya və MDB ölkələrindən müraciətlər olduğunu bildirən satış və marketinq müdiri həmin müraciətlərin əsasında təklif formalaşdırıb tətbiq edəcəklərini də əlavə edib: "Biz bir çox ölkələrə müəyyən məhsullarımızı artıq ixrac da etmişik. Laminat-parket, kafel-metlağı İrana, Qazaxıstan və Rusiyaya ixrac etmişik ki, bu yaxınlarda Gürcüstana məhsul ixrac etməyə hazırlaşırıq. Əsas məqsədimiz ölkəmizdə biznes üçün yaradılmış mühitdən istifadə edərək həm müəssisələrimizin sayını, həm də tikinti sektorunda tələb olunan digər məhsullarla da çeşid sayımızı artırmaqdır". Şirkətin bazardakı payından söz açan S.Məmmədov qeyd edib ki, bəzi məhsullar məsələn kafel-metlax bazarında pay 60%-dir və laminat-parketin regionda yeganə istehsalçı isə "Gilan tikinti materialları" qrupudur.