Sülh və inteqrasiya: Paşinyanın strateji mesajı
24 Dekabr 23:50
24 Dekabr 23:50
24 Dekabr 23:48
24 Dekabr 23:23
5 Avqust 2024 15:06
3 423
Ötən ay Azərbaycana xaricdən 271 591 turist gəlib.
Bu barədə "APA-Economics"ə Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.
İyul ayında ölkəyə ən çox turist azalan sıra ilə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan və İrandan gəlib. Rusiyadan ölkəmizə gələn turistlərin sayı 78 140 nəfər təşkil edib ki, bu da, illik müqayisədə 8% çoxdur. Dövr ərzində Türkiyədən Azərbaycana turist axını illik 11% artaraq 34 719 nəfər, Səudiyyə Ərəbistanından 11% artaraq 24 255 nəfər, Hindistandan 2,6 dəfə artaraq 20 124 nəfər, İrandan 24% artaraq 17 901 nəfər olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 1 502 695 turist gəlib ki, bu da illik müqayisədə 31% çoxdur.
24 Dekabr 23:38
497
24 Dekabr 11:28
1 246
24 Dekabr 10:14
1 253