21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Səudiyyə Ərəbistanı Nəcran bölgəsi üçün "təcili" xəbərdarlıq etdi
Sabahdan Fomula 1-ə görə 5 məktəbdə tədris onlayn təşkil ediləcək
Müdafiə Sənayesi Nazirliyi: Yeni texnologiyaların inkişafına üstünlük veririk
Ötən il Azərbaycanda təkrar mənzil bazarında 41 606 mənzilin alqı-satqısı həyata keçirilib
4 Sentyabr 2024 13:34
4 767
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.9% və ya 450.9 milyon manat, banklardan xaricə köçürmələr isə 17.6% və ya 64.6 milyon manat azalıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 509.1 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manat təşkil edib.