22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
2 Noyabr 2024 18:26
3 696
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) COP29-a hazırlıq çərçivəsində 2 noyabr tarixində Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında kütəvi iməcilik aksiyası keçirib.
Xalqcebhesi.az xəbər verir ki, Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyaları üzrə təşkil olunmuş iməcilikdə ADY-nin struktur bölmələri və törəmə təşkilatların əməkdaşları iştirak ediblər. Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağacların diblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryol xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarını təmizləyiblər.
Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə münasibəti dəyişmək, ekoloji problemlərə diqqət çəkmək və təbiəti qorumağın vacibliyini vurğulamaqdır.
Toplanmış tullantı aidiyyəti üzrə təhvil verilib.
22 Dekabr 18:01
1 239
22 Dekabr 17:54
1 190
22 Dekabr 16:44
1 134






