9 Sentyabr 23:45
9 Sentyabr 23:12
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Dövlət Xidmətinin rəisi: Azad edilmiş ərazilərdə 434 abidəyə dəymiş ziyan 700 milyon manatdan çoxdur
4 Dekabr 2024 16:11
4 193
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 96 milyon manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.5% və ya 2 milyard 117 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 841 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 757 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 211 milyon manatı bankomatlar vasitəsi ilə, 276 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, 2024-cü il noyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 227 min təşkil edib.