Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
14 Mart 2025 11:14
5 131
Heyvanların baş sayının azalmasına təbii yem ehtiyatlarının və ənənəvi heyvandarlıqla məşğul olan fermerlərin sayının azalması, aşağı çəkidə heyvanların kəsilməsinin kütləvi hal alması, ət və yem məhsullarının bazar qiymətlərinin artması fonunda heyvan kəsiminin artması və digər amillər səbəb olub.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, son illərdə kənd təsərrüfatında yeni yaradılan iri heyvandarlıq təsərrüfatlarında müasir texnologiyaların tətbiqi ilə əlaqədar olaraq baş sayı azaldılmaqla daha məhsuldar heyvanların saxlanılması, iqlim dəyişikliyi nəticəsində quraqlıq hallarının artması, su ehtiyatlarının azalması və otlaq sahələrinin zəifləməsi, habelə heyvanların suya olan tələbatının tam ödənilməməsi də əsas amillərdəndir. Azalmaya səbəb olan amillərdən biri də ölkədə mövcud heyvanların yemə olan tələbatının qismən ödənilməsidir. Təhlillər göstərir ki, tələbat qüvvəli yem üzrə 50-60%, quru ot üzrə 40-50%, sulu-şirəli yem üzrə isə 10% civarında ödənilir.
Heyvandarlıq sahəsinin dəstəklənməsi məqsədilə 2024-cü ildə 143 müraciət üzrə 5830 baş damazlıq heyvan (5032 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 17,4 min manat məbləğində güzəştli vəsait ayrılıb.
18:39
595
18:38
539
17:34
560