“Azexport” Azərbaycan mallarını Amazona çıxarır İqtisadiyyat

“Azexport” Azərbaycan mallarını Amazona çıxarır

"Azexport" Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, "Azexport"un "Amazon"la əməkdaşlığı çərçivəsində "Fulfillment by Amazon" (FBA) xidməti indi Azərbaycanlı iş adamlarına da əlçatan olub.
"Amazon" FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən artıq anbarlarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları "Azexport"a müraciət edə bilərlər.
Qeyd edək ki, amazon.com dünyada İnternet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. "Azexport" portalı həmçinin "Alibaba", "e-Bay" və "Allbiz" kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.