Yaponiyada Azərbaycana böyük maraq var İqtisadiyyat
Oktyabrda Bakıda "Japan Expo" sərgisi keçiriləcək
Yaponiyada Azərbaycana böyük maraq var və bu, gündən-günə artır. Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Yaponiyanın "Connect Corporation" şirkətinin baş meneceri Fukumura Takaşi deyib. Cari ilin aprelində Azərbaycana səfər etdiklərini deyən F.Takaşi bildirib ki, səfərin məqsədi növbəti dəfə Bakıda təşkili planlaşdırılan "Japan Expo" sərgisi ilə bağlı müzakirələr aparmaq idi. Bakıda müvafiq dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşlərini xatırladan baş menecer qeyd edib ki, həmin görüşlər zamanı növbəti yapon məhsulları sərgisinin cari il oktyabrın 25-dən 27-dək Azərbaycan paytaxtında təşkili barədə razılıq əldə edilib. Bununla yanaşı, birgə fəaliyyət barədə danışıqları daha ətraflı davam etdirmək üçün onları Yaponiyaya dəvət ediblər.
F.Takaşi vurğulayıb ki, son illər sürətli inkişafı ilə diqqəti cəlb edən Azərbaycan hazırda dünyanın bir çox ölkələrinin, o cümlədən yapon iş adamlarının diqqətini cəlb edir. Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılır. Komatsu və Osaka şəhərlərindən Bakıya birbaşa karqo uçuşlarının açıldığını xatırladan baş menecer bunu iki dost ölkə arasında uğurlu addımlardan biri kimi qeyd edib. Bildirib ki, ötən il Bakıda təşkil edilən "Japan Expo-2017" yapon məhsulları sərgisi şəhər sakinləri, iş adamları və dövlət qurumları tərəfindən böyük maraqla qarşılanıb. Aparılan danışıqların nəticəsi olaraq, Bakıda "Connect Azerbaijan" birgə müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisə tərəfindən qəbul edilən məhsulların Bakıda və respublikanın müxtəlif şəhərlərində yerləşən marketlər şəbəkəsinə göndərilməsi təşkil edilib. Həmin sərginin uğuru cari ildə "Japan Expo-2018" yapon məhsulları sərgisinin təşkilinə mühüm təsir göstərib.
Baş menecer qeyd edib ki, Azərbaycanda yapon məhsullarına böyük marağı nəzərə alan iş adamları növbəti sərgiyə daha böyük həvəslə qatılırlar. Cari ildə təşkil ediləcək sərgidə 300-ə yaxın şirkətin nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Əldə edilən razılaşmaya əsasən, sərgidə yapon iş adamları Azərbaycanın dövlət qurumları, yerli şirkətləri və iş adamları ilə birbaşa ünsiyyətdə ola biləcəklər. Azərbaycan tərəfinin də sərgiyə böyük maraqla yanaşdığını bildirən F.Takaşi ölkə mətbuatının bu sərgiyə böyük informasiya dəstəyi verdiyini qeyd edib. Bildirib ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC, eyni zamanda, televiziya kanalları sərginin populyarlaşmasına hərtərəfli dəstək göstərirlər.
Yapon məhsullarının Azərbaycanın "Silkway Group" şirkəti tərəfindən Bakıya təhlükəsiz çatdırılacağını vurğulayan baş menecer ölkəmizdə biznesin inkişafı, xüsusən də əcnəbi iş adamlarının fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını, ölkə qanunvericiliyinin bu istiqamətdə təkmilləşdirildiyini qeyd edib. Bakıya səfər zamanı vaxt tapıb Azərbaycan paytaxtı ilə də tanış olduqlarını bildirən F,Takaşi şəhəri çox bəyəndiklərini, onun həm müasir, həm də klassik arxitektura nümunələri ilə zəngin olduğunu deyib: "Həmin gəzintilər zamanı biz azərbaycanlıların çox qonaqpərvər və mehriban bir xalq olmasının şahidi olduq".
"Japan Expo-2018" haqqında danışan baş menecer bildirib ki, builki sərgidə də yapon mətbəxinin yeməkləri, içkilər və mədəniyyətimizdən nümunələr yer alacaq. Yapon şirkətlərinin Azərbaycanın iş adamları və şirkətləri ilə əlaqələr qurması üçün hazırda bir çox işlər görülür. Bəzi tanıtım jurnalları çap edilir, müxtəlif internet portallarında reklamlar yerləşdirilir. Yaponiyada Azərbaycana maraq böyükdür və bu, günbəgün daha da artır. Sərginin təşkili ilə bağlı bu il məsləhətçi kimi çıxış edən "Cross Border Club" şirkətinin baş meneceri Kazuyasu İşida isə bildirib ki, builki sərgi oktyabrın 25-də başlayacaq və üç gün davam edəcək. Yapon iş adamları böyük maraq və həyəcanla sərginin baş tutacağı günü gözləyirlər. Hazırda Azərbaycanı Yaponiyada tanıtmaq üçün bir çox işlər görürük. Təşkil etdiyimiz seminarlarda Azərbaycanı sürətlə inkişaf edən, gələcəyi parlaq bir ölkə kimi təqdim edirik. Daha çox yapon iş adamlarının diqqətini cəlb etmək üçün reklam işlərinə xüsusi diqqət yetiririk.
Bu məqsədlə "Connect Corporation" şirkəti tərəfindən Azərbaycan haqqında nəşr edilən jurnal barədə məlumat verən K.İşida bildirib ki, bu çap məhsulu yapon iş adamları üçün buraxılıb. İlk səhifələrdə Azərbaycanın coğrafi mövqeyi, əhalinin sayı, dövlət atributları kimi ümumi məlumatlar yer alıb. Sonrakı səhifələrdə isə 2018-ci ilin oktyabrında Bakıda keçiriləcək "Japan Expo" yapon məhsulları sərgisi barədə məlumat verilib. Burada sərginin təşkil ediləcəyi yer, müddəti, iştirak edən şirkətlərin adları yazılıb. Jurnalda, həmçinin Bakı və onun gəzməli yerlərinin, gözəl küçələrinin fotoları da öz əksini tapıb. Yaponiya şirkətləri ilə birgə işləyən Azərbaycan şirkətlərinin siyahısı da bu jurnalda yer alıb. Digər səhifələrdə isə hazırda Bakıda satılan yapon məhsulları, ötən il sərginin keçirildiyi Bakı Biznes Mərkəzi və Yaponiya ilə Azərbaycan arasında birbaşa uçuşlar həyata keçirən "Silkway" şirkəti barədə geniş məlumatlar verilib. K.İşida vurğulayıb ki, Yaponiya və Azərbaycan arasında məsafənin böyük olmasına baxmayaraq, xalqlarımız arasında oxşar cəhətlər çoxdur və bu, bizi daha da yaxınlaşdırır.