“Mastercard” və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər İqtisadiyyat

“Mastercard” və EPUL Azərbaycanda birgə kampaniyaya start veriblər

Yaxın günlərdə qlobal ödəniş texnologiyaları sahəsinin lideri sayılan "Mastercard" şirkəti Azərbaycanda rəqəmsal ödəniş həlli olan "Masterpass" platformasını təqdim edib. "Masterpass"dan istifadə edərək EPUL portalında 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür. "Masterpass"la bir toxunuşla və təhlükəsiz ödəniş etmək üçün ayrıca bir mobil tətbiq yükləməyə, istifadəçi adı və ya şifrə daxil etməyə ehtiyac yoxdur. İlk olaraq EPUL saytında (www.e-pul.az) və ya mobil tətbiqdə həsaba daxil olmaq, daha sonra isə ödəniş üsulunu seçib, kart məlumatlarını daxil etdikdən sonra "Mən kartımı "Masterpass"a əlavə etmək istəyirəm" seçimini etmək və "Ödəniş et" düyməsini basmaq gərəkdir. Bu son mərhələ ilə ödəniş başa çatır və kart "Masterpass"a əlavə edilir. EPUL saytında növbəti dəfə ödəniş edilən zaman istifadəçinin qeydiyyatdan keçirdiyi kartlar avtomatik olaraq görünəcək.
Bundan başqa, "Masterpass" istifadəçiləri EPUL platfromasında ödəniş edərkən 3 AZN qənaət edə biləcəklər. Endirimdən faydalanmaq üçün "Mastercard"/"Maestro" kartlarını EPUL saytında və ya tətbiqində "Masterpass"da qeydiyyatdan keçmək lazımdır. Yalnız bundan sonra 5 AZN və daha çox məbləğdə kommunal və mobil ödəniş edərkən 3 AZN məbləğində endirim qazanmaq mümkündür. "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Nağdsız Azərbaycan" layihəsinə dəstək məqsədilə innovativ rəqəmsal həllimiz olan "Masterpass"ı Azərbaycanda təqdim etməkdən məmnunuq. "Masterpass" sürətlidir, çünki hər bir ödənişdə kart məlumatınızı daxil etməyə ehtiyac qalmır, o, həmçinin, təhlükəsizdir, çünki "Mastercard"ın dünya üzrə qəbul edilmiş təhlükəsizlik standartları əsasında qurulub. İnanırıq ki, bu rəqəmsal həll bizim kart sahiblərimiz üçün faydalı olacaq və onların gündəlik həyatlarını asanlaşdırmağa kömək edəcək. Məqsədimiz innovativ qlobal həllərimizi Azərbaycanda təqdim etməklə bir dəyər yaratmaq və Azərbaycanı rəqəmsal ödənişlər sahəsində regional liderə çevirmək missiyasına öz töhfəmizi verməkdir", - deyə "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.
"Masterpass" platforması "Mastercard"ın qlobal olaraq təqdim etdiyi, bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həllidir. "Masterpass"la kart məlumatları təhlükəsiz şəkildə "Mastercard" tərəfindən "Masterpass"da yadda saxlanılır. Kart məlumatları "Masterpass"a sadəcə bir dəfə daxil edilir və bundan sonra hər ödəniş zamanı məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.