Dollar kreditlərinə görə artıq ödəniş edənlərin pulu özünə qaytarılacaq İqtisadiyyat

Dollar kreditlərinə görə artıq ödəniş edənlərin pulu özünə qaytarılacaq

Vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyib, borcu bağlayıbsa, iki məzənnə arasındakı fərq geri qayatrılacaq".
Bu sözləri Mərkəzi Bankın baş direktoru Rəşad Orucov prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərmanı şərh edərkən deyib.
Rəşad Orucov bildirib ki, əgər vətəndaş 0.78 məzənnə ilə dollar krediti alıb devalvasiyadan sonra 1.05 məzənnəsi ilə ödəyibsə, iki məzənnə arasındakı fərq vətəndaşa geri qaytarılacaq:
"Kredit tam bağlanıbsa fərq geri veriləcək. Devalvasiyadan öncə götürülüb ödənilən və ikinci devalvasiyadan sonra götürülən kreditlərə kompensasiya nəzərdə tutulmayıb".
Mərkəzi Bank rəsmisi qeyd edib ki, söhbət devalvasiya zamanı götürülən dollar kreditlərindən gedir: