13 İyun 10:19
31 May 2019 18:03
2 429
Vüqar Gülməmmədov: “Makroiqtisadi stabilliyin bərpası istiqamətində müsbət meyllər üçün münbit şərait formalaşdırıb”
“Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur”. Bunu Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O vurğulayıb ki, neftin qiymətində kəskin azalmalardan sonra devalvasiya dalğaları və iqtisadi artım templərində ciddi tərəddüdlər izlənildi. Qeyd edib ki, bununla belə sonradan neftin qiymətinin artması 2018-ci ildə makroiqtisadi stabilliyin bərpası istiqamətində müsbət meyllər üçün münbit şərait formalaşdırıb. İqtisadiyyatda faktiki yaradılmış ümumi daxili məhsulun nominal həcmi 79.8 milyard manat olub, real ifadədə artım 1.4% təşkil edib. İqtisadi artımın təqribən 81%-i qeyri-neft sektoru hesabına təmin olunub. 2018-ci ilin dövlət büdcəsi milli valyutanın stabil kursu çərçivəsində icra olunub. Əsas ticarət tərəfdaşı olan ölkələrdə 2018-ci ildə devalvasiyaların qeydə alınması müqabilində manatın stabil qalıb”.
13 İyun 13:29
2 072
13 İyun 09:56
1 827
12 İyun 16:54
3 458