17 Noyabr 11:44
17 Noyabr 10:22
13 İyun 2019 17:45
1 603
“Şimal-Cənub” nəqliyyat layihəsi geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır, eləcə də iqtisadiyyatın real sektoruna yönəlib.
Bunu rusiyalı ekspert Stanislav Pritçin TREND İnformasiya Agentliyində keçirilmiş “Şimal-Cənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda Moskva-Bakı videokörpüsü zamanı deyib.
O qeyd edib ki, dünyada əsas trendlərdən biri regionallaşmadır:
“Layihə iştirakçıları qarşılıqlı əməkdaşlığın qlobal səviyyəsinə keçməyə çalışırlar. Əgər “Şimal-Cənub” nəqliyyat dəhlizini Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə müqayisə etsək, Çin bu təşəbbüsü elan etməmişdən qabaq geniş boru kəmərləri şəbəkəsini tikmişdi. “Şimal-Cənub”la bağlı isə biz başqa mənzərəni görürük. Layihənin başladığı gündən hələ də Fars körfəzindən Rusiyanın infrastrukturları ilə birləşən birbaşa yol yoxdur. Ona görə də burada, çox iş görmək lazımdır”.
17 Noyabr 17:02
1 099
17 Noyabr 16:58
1 092
17 Noyabr 16:24
1 134