Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
16 Yanvar 2020 14:05
1 960
Qeyri-neft sektorunda ixrac həcmi 1,9 milyard dollara çatıb.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Nazir xatırladıb ki, 2019-cu ildə iqtisadi islahatların yeni dalğası başlayıb və bu, özəl qeyri-neft sektorunun inkişafına və qeyri-neft ixracının artmasına yol açıb:
“Ümumi daxili məhsulun real artımı 2,2 faiz təşkil etməsi fonunda qeyri-neft sektorunda artım 3,5 faizə bərabər olub. Qeyri-neft sektorunda ən yüksək artım sənaye sahəsində qeydə alınıb. Bu göstərici 13,9 faiz təşkil edib”.
M.Cabbarov əlavə edib ki, qeyri-neft sektorunda əsas kapitala investisiyaların həcmi 3,5 faiz artıb, bunun ümumi investisiya portfelində payı 4,5 faiz artaraq 69,7 faiz təşkil edib.
16 May 10:37
1 582
15 May 17:25
1 729
15 May 15:45
1 757