"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
5 Mart 2020 11:37
2 317
Avropa İttifaqının “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunmuş təlimçilər təlimini uğurla başa vuran Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ölkə regionlarında qadınlar üçün təlimlər keçirib.
Fevral ayı ərzində Quba, Xaçmaz, Mingəçevir və Gəncədə təşkil olunmuş təlimlərdə sahibkarlıq fəaliyyəyinə maraq göstərən qadınlar iştirak edib. “Sahibkarlıq və biznesə başlama” mövzusunda təşkil olunmuş təlimlərdə KOB subyektlərinin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirci materiallar da paylanılıb.
Qeyd edək ki, KOBİA Avropa İttifaqının 2019-2021-ci illəri əhatə edən “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihəsinin benefisiarlarındandır.
