Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
28 İyul 2020 13:14
2 289
SOCAR-ın 2035-ci ilədək dövrü əhatə edəcək yeni strateji inkişaf planının hazırlanması bu ilin payız mövsümünədək tamamlana bilər.
Bu barədə SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətdə İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı deyib.
Onun sözlərinə görə, yeni strateji inkişaf planının hazırlanmasını "McKinsey" məşvərətçi şirkəti həyata keçirir.
"Sənədin hazırlanması yekunlaşdırılma mərhələsindədir və yəqin ki, sentyabra qədər tamamlanacaq”, - deyə, X. Məmmədov qeyd edib.
Onun sözlərinə görə, neft-qaz sahəsində yer alan dəyişikliklər və zamanın yeni tələbləri enerji şirkətlərinin qabağında yeni məqsədlər qoyur. SOCAR da yeni inkişaf strategiyası çərçivəsində kimya, kəşfiyyat, hasilat və rəqəmsal texnologiyalar və süni intellekt sahələrində işləmələrini daha da dərinləşdirəcək və inkişaf etdirəcək.
18:39
553
18:38
497
17:34
511