Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
15 Oktyabr 2020 13:21
2 380
Bu ilin sentyabr ayında neft hasilatını azaltmaq məqsədilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə sazişin icra nisbəti 102%-ə çatıb. Avqustda bu göstərici 101%-ə bərabər idi.
"APA-Economics"in məlumatına görə, bu barədə "OPEC+" texniki komitəsinin bugünkü iclası üçün hazırlanan hesabatda deyilir.
Sentyabrda OPEC ölkələri sözügedən razılaşma çərçivəsində öhdəliklərin 105%-ni, qeyri-OPEC ölkələri isə 97%-ni yerinə yetirib.
Beləliklə, alyans ölkələri ötən ay bazardan gündə 7,85 mln. barel nefti çıxarmağa müvəffəq olub. Bunlardan OPEC-in 10 ölkəsinin payına gündəlik 5,1 mln. barel, qeyri-OPEC ölkələrin payına isə 2,73 mln. barel düşüb.
İcranın nəticələrini əks etdirən hesabat "OPEC+" nazirlərin monitorinq komitəsinin 19 oktyabr tarixində video-bağlantı formatında keçirilməsi planlaşdırılan iclasda nəzərdən keçiriləcək.
Qeyd edək ki, "OPEC+" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkalıq xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə (101,5%) yerinə yetirib.
"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.
25 Sentyabr 18:39
756
25 Sentyabr 18:38
707
25 Sentyabr 17:34
728