Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
22 Oktyabr 2020 10:21
2 093
Beynəlxalq Valyuta Fondu (BVF) bu il COVID-19 pandemiyası və onun səbəb olduğu məhdudlaşdırıcı tədbirlər fonunda Avropa iqtisadiyyatının 7% azalacağını proqnozlaşdırır. Fond iyun ayında Avropada ÜDM-in 8,5% azalacağını proqnozlaşdırırdı.
"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.
Fond qeyd edir ki, 2021-ci ildə region iqtisadiyyatının bərpa olaraq 4,7% artacağı gözlənilir. Xatırladaq ki, iyun proqnozu daha optimistik göstəricini vəd edirdi – 5,4%. Regionda inflyasiyanın bu il 2%-dək yavaşlayacağı proqnozlaşdırılsa da (iyun proqnozu 1,9%), 2021-ci ildə 2,4%-ə çatacağı gözlənilir (iyun proqnozu 2,3%).
Qeyd edək ki, bu il Avropada ən kəskin ressesiyanın İspaniya və Monteneqroda yaşanacağı gözlənilir. Fondun proqnozlarına əsasən, 2020-ci ildə sözügedən ölkələrdə ÜDM-in azalma tempi müvafiq olaraq 12,8% və 12% təşkil edəcək. Gələn il isə artım baş verəcək – müvafiq olaraq 7,2% və 5,5%. BVF-ə görə, böhranın regionda ən az təsir edəcəyi ölkələr Litva və Serbiya olacaq. 2020-ci ildə bu ölkələrdə ÜDM müvafiq olaraq 1,8% və 2,5% azalacaq, gələn il isə 4,1% və 5,5% artacaq.
16 May 10:37
1 533
15 May 17:25
1 708
15 May 15:45
1 743