Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri yüksəlib

Fevralın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,57% – 30 687,48 bəndədək, S&P 500 indeksi 1,39% – 3 826,31 bəndədək, Nasdaq indeksi isə 1,56% – 13 612,78 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 2-də FTSE 100 indeksi 0,78% – 6 516,65 bəndədək, Fransa CAC-40 indeksi 1,86% – 5 563,11 bəndədək, Almaniya DAX indeksi isə 1,56% – 13 835,16 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,54% azalaraq 1 835,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,28 azalaraq 1,2027 dollar təşkil edib.