27 İyul 14:20
27 İyul 14:16
16 Fevral 2021 15:00
2 758
Bu gün Azərbaycanda platinin qiyməti 4,2% artaraq bir unsiyaya görə 1 333,83 ABŞ dolları təşkil edib ki, bu da son altı ildən bir qədər artıq müddətdə qeydə alınmış ən yüksək göstəricidir.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə platinin bundan yüksək dəyəri 2014-cü ilin 24 sentyabr tarixində qeydə alınıb (1 337 dollar).
Qiymət artımı ümumi iqtisadi nikbinlik fonunda baş verib.
Qeyd edək ki, təkcə bu ilin əvvəlindən sözügedən qiymətli metalın dəyəri 25,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 37,5% artıb.
27 İyul 20:53
721
27 İyul 19:03
763
27 İyul 18:05
791