Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
1 Mart 2021 14:37
5 397
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2020-ci ilin dekabrında 878 239 ton xam neft idxal olunub. 2019-cu ilin eyni dövründə zavod 803 427 ton neft idxal etmişdi.
Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, STAR dekabrda 32 970 ton dizel yanacağı ixrac edib. 2019-cu ilin dekabrında bu rəqəm 125 856 ton təşkil etmişdi.
Ötən ilin dekabrında zavod 577 278 ton dizel yanacağı, 9 245 ton aviakerosin, 19 252 ton mayeləşdirilmiş neft qazı, 26 684 ton qeyri-maye qaz, 124 202 ton nafta, 53 270 neft koksu, 3 802 yüksək kükürd tərkibli dizel yanacağı, 9 278 ton keçid məhsulu və 97 162 ton digər məhsul istehsal edib.
Qeyd edək ki, STAR neft emalı zavodunun açılışı 2018-ci il oktyabrın 19-da baş tutub. Zavodun istehsal gücü ildə 10 milyon ton təşkil edir.