Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 22-də Amerika fond bazarında Dow Jones indeksi 0,20% – 33,945.58 bəndədək, S&P 500 indeksi 0,51% – 4,246.44 bəndədək, Nasdaq indeksi isə 0,79% – 14,253.27 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 22-də FTSE 100 indeksi 0,39% – 7,090.01 bəndədək, Fransanın CAC-40 indeksi 0,14% – 6,611.50 bəndədək, Almaniyanın DAX indeksi isə 0,21% – 15,636.33 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 784,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,15% azalaraq 1,1919 dollar təşkil edib.