Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
23 İyun 2021 12:49
4 991
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanda geniş mənada pul kütləsi (M3) 8,3% artaraq 2021-ci ilin sonuna 31,608 mlrd. manata çatacaq.
"APA-Economics"in BVF-yə istinadən verdiyi məlumata görə, yeni gözlənilən artım Fondun aprel proqnozu ilə müqayisədə 1,7 faiz bəndi çoxdur. 2022-ci ildə isə ölkədə geniş mənada pul kütləsinin həcminin 6,4% artacağı gözlənilir. Bu isə Fondun aprel proqnozu ilə müqayisədə 0,6 faiz bəndi azdır.
Qeyd edək ki, 2020-ci ilin yekunlarına əsasən, Azərbaycanda geniş pul kütləsinin həcmi 1,1% artaraq 29,186 mlrd. manat təşkil edib. Bu, həmin tarixə qeydə alınan ən yüksək göstərici idi. Beləliklə, Fondun 8,3% artım proqnozunu nəzərə alaraq, 2021-ci ilin sonuna ölkədə M3 pul aqreqatının həcmi özünün tarixi rekordunu yeniləyəcək.
Xatırladaq ki, geniş pul kütləsi ölkədə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Mərkəzi banklar, xüsusilə də pandemiya dövründə uçot dərəcələrini azaldaraq kreditləşməni stimullaşdırır və bununla da iqtisadi canlanma və artıma nail olmaq məqsədini təqib edirlər.
İqtisadiyyatda pul kütləsi artdıqca, bizneslərin maliyyəyə çıxışı asanlaşır və iqtisadiyyatın böyüməyə meylləri çoxalır. Lakin geniş pul kütləsinin artımı real ÜDM istehsalının böyüməsini qabaqlayarsa, bu, inflyasiyaya yol aça bilər.
18:39
595
18:38
539
17:34
560