Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,44% – 34,283.27 bəndədək enib, S&P 500 indeksi 0,23% – 4,290.61 bəndədək, Nasdaq indeksi isə 0,98% – 14,500.51 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında iyunun 28-də FTSE 100 indeksi 0,88% – 7,072.97 bəndədək, Fransanın CAC-40 indeksi 0,98% – 6,558.02 bəndədək, Almaniyanın DAX indeksi isə 0,34% – 15,554.18 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,21% azalaraq 1 778,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,08% azalaraq 1,1912 dollar təşkil edib.