Tural
Fevralın 27-də İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Neftçalada "Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə aidiyyəti dövlət orqanlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycanın bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin Neftçalada da sürətlə davam etdirildiyini, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını və əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycanın son illər qazandığı sosial-iqtisadi uğurlardan danışan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması hazırda qarşıda duran əsas prioritetlərdəndir.
neftcala-27-02-2015-22014-cü ilin ölkəmizdə "Sənaye ili" elan edildiyini qeyd edən nazir müavini görülmüş işlər barədə də məlumat vermiş, sənaye parkları və sənaye məhəllələrinin qabaqcıl texnologiyalar əsasında yaradıldığını vurğulamışdır. Nazir müavini "Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2015-ci il tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası üçün görülən işlər barədə də məlumat vermişdir. "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi işlərinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə tapşırıldığını qeyd etmiş, Neftçala Sənaye Məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və sənaye məhəlləsinin profili üzrə yaradılacaq istehsal, emal və xidmət sahələri barədə məlumat vermişdir.
Nazirliyin Sənaye şöbəsinin müdiri Səməd Bəşirli qeyd etmişdir ki, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrası qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir. Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülmüşdür. Səməd Bəşirli proqramda nəzərdə tutulan sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və s. kimi mühüm istiqamətləri diqqətə çatdırmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Amil Əlili regionlarda qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyası, sənaye məhsullarının ixracının artırılması, sənaye istehsalında regionların payının yüksəlməsi, yeni iş yerlərinin yaradılması, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Tədbirdə çıxış edən sahibkarlar sənaye məhsullarının ixrac və rəqabət qabiliyyətinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat vermişlər.