Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
13 Avqust 2021 08:28
4 438
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 7 milyard 59,3 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz az vəsait yönəldilib.
Trend-in məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 13,4 faiz azalıb. İstifadə olunmuş vəsaitin 4 milyard 883,0 milyon manatı və ya 69,2 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 639,0 milyon manatı (23,2 faizi) xidmət sahələrinə, 537,3 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4463,7 milyon manatını və ya 63,2 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 797,1 milyon manatı və ya 68,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,3 faiz, büdcə vəsaitləri 19,6 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, sair vəsaitlər isə 7,1 faiz təşkil edib.
24 Oktyabr 17:47
1 092
24 Oktyabr 16:48
1 141
24 Oktyabr 15:33
1 134