Erməni xisləti... Siyasət

Erməni xisləti...

Tahir Rzayev: "Ermənilərin günü kimin yanında xoş keçərsə, onun ayağına yıxılar, yastığına baş qoyar"

"Bu gün Rusiya erməni xəyanətkarlığı ilə bir daha üz-üzədir". Bunu Milli Məclisin deputatı Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, halbuki erməniləri insan donunda dünyaya tanıdan, qoruyan, yaşadan, onlara dövlət bəxş edən, hər bir köməklik göstərən Rusiyadır:" Rus tarixçiləri, siyasətçiləri dəfələrlə qeyd ediblər ki, erməni dövləti öz varlığı üçün ömrü boyu Rusiyaya borcludur və Ermənistan Rusiyasız məhvə məhkumdur".
O qeyd edib ki, dəfələrlə sınaqdan çıxarsalar da, ancaq onlar ermənilərdən bir vasitə, oyuncaq, araqarışdıran kimi istifadə etməyə lazım bildikləri üçün bu xalqın xəyanətlərinin fərqinə o qədər də varmamışdılar:"Bu günlərlə meydanlarda gecələyən ermənilər yenə də öz müttəfiqlərinin ünvanına xoşagəlməz ifadələr işlədir, Ermənistanın düşdüyü ağır vəziyyətinə görə Rusiyanı günahlandırırlar".
Millət vəkili onu da deyib ki, artıq Ermənistan və onun hakim dairələri Rusiyaya xəyanət yolunu tutaraq Qərbin çaldığına oynamağa başlayıblar:"Yaranmış vəziyyət, minlərlə insanın ardıcıl davam edən mitinqləri və anti-rus təbliğatı Rusiyanı narahat edə bilməz. Moskva və Rusiya patriarxı Kirill Moskva ətrafında yerləşən pravoslav məbədlərinin rəhbərləri ilə görüşündə narahatçılığını gizlədə bilməyərək, ermənilərin xəyanətkarlığını və həyasızlığını dilə gətirərək deyib: "Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq. Və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına inkar edilməsinin şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri-mümkündür".
Millət vəkili hesab edir ki, bu, həm də Rusiyanın hakim dairələrinin fikri ilə üst-üstə düşür və Ermənistanın necə bir dövlət, ölkə başçısının necə bir prezident olduğunu göstərir:"Buna səbəb ermənilərin günü kimin yanında xoş keçərsə, onun ayağına yıxılması, yastığına baş qoymasıdır. Dünən də belə olub, bu gün də belədir və elə bilirəm ki, uzun müddət belə olacaq".