Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərarası əməkdaşlığı müzakirə olunub
Azərbaycanın investisiya imkanları Türkiyənin 3 şəhərində təqdim edilib
Lavrov: Rusiya ABŞ-dan müvəqqəti sülh planı versiyası gözləyir
“İsrailin Hizbullahla bağlı tələbi yerinə yetirilməmiş görünür”
Azərbaycan və Pakistan qarşılıqlı investisiya axınlarının artırılmasını müzakirə edib
29 Mart 2022 15:12
2 863
İstanbulda Rusiya ilə aparılan danışıqlarda əsas diqqət Ukrayna üçün təhlükəsizlik təminatı və atəşkəsə yönəlib.
Bunu danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Bir neçə mühüm məsələ ilə bağlı intensiv məsləhətləşmələr gedir. Bunlar arasında əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanəti haqqında sazişdir, yalnız bu razılaşma ilə müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik”, - o qeyd edib.
Podolyak əlavə edib ki, müzakirə olunan məsələlərin ikinci hissəsi atəşkəslə bağlıdır: “Belə olan halda isə biz təcili həllini tələb edən bütün humanitar problemləri həll edə bilərik”.
Podolyak qeyd edib ki, tərəflər müharibə qaydalarının pozulmasını da müzakirə edirlər.