Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
9 Dekabr 21:32
9 Dekabr 18:45
9 Dekabr 14:14
Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.
Bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 20-də Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı deyib.
Qırğız dövlət başçısı bildirib:
"Fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə ölkələrimizin xalqlarının qarşılıqlı zənginləşməsini qeyd etməyə şadam. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə kömək edirlər. Bundan əlavə, ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.
Hörmətli İlham Heydər oğlu, bu gün bizim qarşılıqlı münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şərait yaranıb. Bununla əlaqədar, Qırğızıstanın iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması barədə təşəbbüsünü dəstəklədiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, bu gün yaradılan dövlətlərarası şura hökmən ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq.
Bizim böyük yazıçımız Çingiz Aytmatov deyirdi: “Okeana bənzəyən “Manas” eposu əsrlərin dərinliyindən gələn qırğız mənəvi irsinin parlaq zirvəsidir. Bu, dünyamiqyaslı ən iri eposdur, onun aparıcı mövzusu isə birlikdir. Onun dəyərləri bizim şüurumuzda dərin kök salıb, buna görə də biz birliyi, şərəfi, ədaləti dərindən qiymətləndirir və ona ehtiram bəsləyirik”. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bundan ötrü bizim hər cür ilkin şəraitimiz var. “Manas” eposunun 1000 illik yubileyi ilə bağlı şənliklərdə möhtərəm Heydər Əliyev demişdi: “Biz bir-birimizi qəlbən hiss edir və başa düşürük”".