“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
2 İyun 2022 17:59
3 857
Azərbaycanda dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyev hər dövlət strukturu qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi, nəqliyyat vasitələri ilə təmin olunmaları, eyni zamanda onlara reabilitasiya xidmətləri, müasir protezlərlə təminat, məşğulluq problemlərinin həlli və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır.
“Lakin bəzən elə hallar olur ki, müəyyən problemlərin həllində ləngimələr olur, amma Azərbaycan dövləti bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Belə olan halda bəzən biz görürük ki, bəzi qazilərimiz problemlərin həlli ləngiyəndə müəyyən dərəcədə aqressiv olurlar. Ancaq nəzərə almaq lazımdır ki, bütün dövlət qurumlarına edilən müraciətlərə həssas yanaşılmalıdır və yanaşılır da.
Düşünürəm ki, bu məsələdə həm dövlət məmurları tərəfindən, həm də qazilər tərəfindən həssas və diqqətli yanaşma olmalıdır. Çünki belə hallar baş verdikdə ölkəmizdə fəaliyyət göstərən bəzi xarici ermənipərəst qüvvələrin birbaşa diqtəsi altında fəaliyyət göstərən dairələr bunu birbaşa siyasi alətə çevirirlər və çalışırlar ki, bu, Azərbaycan dövlətinə qarşı müəyyən dairələr tərəfindən siyasi alət kimi istifadə olunsun.
Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır, çünki Azərbaycan qalib bir dövlətdir, dünyada nüfuzu artmaqdadır və müəyyən qüvvələr də bu cür hallardan siyasi alət kimi istifadə edərək ölkəmizə qara yaxmağa çalışır”, - deyə deputat bildirib.
O hesab edir ki, bundan sonrakı mərhələdə belə məsələlərin daha sivil yolla həlli istiqamətində daha mühüm addımlar atılacaq.
“Hörmətli qazilərimiz də bu məsələdə gərək daha səbrlə, təmkinlə addım atsınlar, o cümlədən, aidiyyəti qurumlar da qazilərimizin müraciətlərinə daha çevik formada baxsınlar”, - deyə C.Osmanov əlavə edib.