ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
3 İyun 2022 13:47
4 760
Qısamüddətli perspektivdə neft-qaz ehtiyatları enerji təhlükəsizliyini təmin etməkdə davam edəcək.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
Onun sözlərinə görə, neft-qaz şirkətləri sıfır karbon məqsədlərinə çatmaq üçün öz proqram və inkişaf strategiyalarını təkrar qurur.
"Bu gün şirkətimizdə müvafiq proqram artıq hazırlanıb və karbon qazı buraxılışının azaldılması üzrə layihələr icra olunmağa başlayıb. Xəzər dənizinin Azərbaycan akvatoriyasının ekoloji təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq tərəfdaşlarımızla müvafiq işlər aparırıq. Bizim yeni strategiyamız texnologiyaların tətbiqinin genişlənməsini, zərərli tullantıların azaldılmasını, eləcə də enerji ehtiyatlarının təhlükəsiz hasilatını nəzərdə tutur", - deyə o bildirib.
R.Hüseynzadə əlavə edib ki, beynəlxalq təşkilatların məlumatlarına əsasən, yaxın on il ərzində SOCAR sıfır karbon səviyyəsinə çatacaq.
"Hidrogen və alternativ enerji mənbələri ən təhlükəsiz yanacaq növlərindəndir və SOCAR bu istiqamətdə layihələrlə məşğul olur", - o deyib.
13 Mart 23:03
1 505
13 Mart 20:26
1 897
13 Mart 20:16
1 722