“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
22 İyun 2022 11:01
3 542
Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson iyulda Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə K.Simson Latviyada keçiriləm "Üç dəniz regionunda balanslaşdırılmış və dayanıqlı enerji sektorunun yaradılması" mövzusunda Üç dəniz təşəbbüsünün biznes forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Aİ-nin Enerji platforması Avropanın şaxələndirmə üzrə başlıca səylərindən biridir.
"Bu platforma bizə qaz infrastrukturunu daha səmərəli istifadə etməyə və tədarüklərlə bağlı tərəfdaşlarla işləməyə imkan verəcək. Beynəlxalq tərəfdaşlarla təmaslara gəldikdə, biz ABŞ və Norveçlə danışıqlarda irəliləyiş əldə etmişik. Ötən həftə Qahirədə Misir və İsraillə anlaşma memorandumu imzaladıq. Mən iyul ayında Azərbaycana da səfər edəcəyəm. Bizim həmçinin Kanada, Qətər, Əlcəzair və digər ölkələrlə intensiv təmaslarmız var", - deyə o bildirib.
20 Sentyabr 19:24
1 855
20 Sentyabr 12:05
924
20 Sentyabr 12:05
861