"Bu saziş erməni təxribat maşınının Azərbaycana qarşı şər-böhtan kampaniyasına vurulan bir zərbədir” Siyasət

"Bu saziş erməni təxribat maşınının Azərbaycana qarşı şər-böhtan kampaniyasına vurulan bir zərbədir”

“Bu gün Bakıda Azərbaycan və Rusiyanın xarici siyasət idarəsi rəhbərlərinin imzalamıç olduğu “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” informasiya cəbhəsində əldə etdiyimiz daha bir uğur, irəliyə doğru atılmış addımdır. Bu saziş həm də erməni təxribat maşınının Azərbaycana qarşı uzun illər ərzində aparmış olduğu yalan, şər-böhtan kampaniyasına vurulan bir zərbədir”.

Bu fikirləri "Xalq Cəbhəsi"nə “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri, əməkdar jurnalist Süleyman İsmayılbəyli Sergey Lavrov və Ceyhun Bayramov tərəfindən imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə münasibətində bildirib.
İctimai Birlik sədri qeyd edib ki, həm İkinci Qarabağ müharibəsi ərəfəsində, həm də ondan sonrakı zaman kəsiyində Rusiyanın bir sıra informasiya resurslarında Azərbaycanla bağlı yer alan qərəzli fikirlər, təxribat xarakterli materiallar bu sahədə hansısa tənzimləyici addımın atılmasını zərurətə çevirmişdi: “Vətən müharibəsi dövründə Rusiyanın əksər informasiya resurslarında açıq şəkildə Azərbaycana qarşı kampaniya aparılır, başlamış olduğu haqq mübarizəni dünyaya qətliam, vandalizm kimi təqdim etməyə çalışılırdı. Eləcə də postmüharibə dövründə də eyni mənfi tendensiyanı müşahidə etdik. Hətta Rusiyanın ayrı-ayrı dövlət qurumlarının rəsmi saytlarında belə Azərbaycan əleyhinə dərc edilən xəbərlər, ərazi bütövlüyümüzün pozulmasına yönəlik materiallar işıq üzü gördü. Haqlı olaraq bu kimi hallar Azərbaycan cəmiyyətində narazılıq yaradırdı”. Süleyman İsmayılbəyli hesab edir ki, imzalanmış sözügedən sazişlə artıq bu kimi mənfi halların, Azərbaycana qarşı Rusiyanın informasiya resurslarında yer alan metarialların qarşısı alınmış olacaq: “Bunu həm də erməni təxribat maşınına vurulan zərbə kimi də xarakterizə etmək mümkündür. Hər birimizə məlumdur ki, Rusiyada erməni diasporu kişafyət qədər şəbəkələşib və bu ölkənin informasiya resurslarında kifayət qədər erməni millətindən olan şəxslər çalışır. Eyni zamanda şimal qonşumuzun dövlət qurumlarında da təmsil olunan ermənilər çoxlu saydadır və onlar zaman-zaman həmin imkanlardan istifadə edərək Rusiya KİV-lərində Azərbaycan əleyhinə materiallar dərc edir, ölkəmizə qarşı çirkin kampaniya həyata keçiridilər. Bununla isə onlar Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalılşırdırlar. Bundan sonra isə bu kimi cəhdləri artıq müşahidə etməyəcəyik. Çünki sözügedən sazişlə Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklayır”.
Cavid