Dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına yüksək diqqət göstərilməkdədir - Deputat Siyasət

Dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına yüksək diqqət göstərilməkdədir - Deputat

Azərbaycanda dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyev hər dövlət strukturu qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi, nəqliyyat vasitələri ilə təmin olunmaları, eyni zamanda onlara reabilitasiya xidmətləri, müasir protezlərlə təminat, məşğulluq problemlərinin həlli və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır.

Deputat bildirib ki, bugünə qədər birinci Qarabağ müharibəsi şəhidlərinin alilələrinin, veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, müavinətlərinin artırılması və digər məsələlər dövlət üçün prioritet olub:

C.Osmanov bildirib ki, Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev sərəncamı ilə 2-ci Qarabağ müharibəsi şəhid ailələrinin, yaralıların, iştirakçıların problemlərinin əhatəli şəkildə həlli üçün Yaşat Fondu yaradıldı: “Yaşat Fondu bütün bu insanların problemləri, qayğıları ilə maraqlanır və problemlərinin həlli istiqamətində işlər görürlər.

Eyni zamanda cənab Prezidentin sərəncamları ilə bu şanlı qələbə münasibətilə müxtəlif orden və medallar təsis olunub və çoxlu sayda əsgər və zabitlərimiz orden və medallarla təltif edilib.

“Bu məsələdə heç kim unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmaycaq. tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3 500-ü postmüharibə dövründə verilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar”, - deyə deputat bildirib.

O qeyd edib ki, ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır: "Bununla bağlı dövlət başçısı tərəfindən son iki il ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən isə şəhid ailələrinə, qazilərə və digər həssas qrupa aid insanlara verilən təqaüdlərin həcmi artırılıb”, - deyə C.Osmanov əlavə edib.