24 Mart 16:49
15 İyul 2022 10:27
3 710
Azərbaycanın bərpa olunan enerji sektorunda böyük potensialı var.
Bunu Trend-ə özəl açıqlamasında Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.
O qeyd edib ki, Azərbaycan bərpa olunan enerji potensialını daha da inkişaf etdirməyə hazırdır.
"Ölkə bundan həqiqətən də faydalana bilər. Azərbaycanın külək və günəş enerjisindən istifadə etmək üçün böyük potensialı var", - deyə sabiq prezident bildirib.
Qarabağ bölgəsindən bəhs edən V.Zatlers, bu bölgənin günəş enerjisinin inkişafı üçün böyük potensiala malik olduğunun qeyd edib.
" Bu gün dünyada Qarabağda “yaşıl” zonanın yaradılması ideyasını həyata keçirmək üçün çoxlu innovativ ideyalar mövcuddur. Bunun üçün Azərbaycanın kifayət qədər resursları var",-deyə V.Zatlers əlavə edib.
24 Mart 14:47
1 358
23 Mart 14:07
1 778
23 Mart 12:20
1 904